Ruslan Abışov: “Hakim bizə kömək etdi” - AÇIQLAMA

11:06 16 May 2017

“Reallıq budur ki, oyunun sonlarında bizə köməyi bir az hiss olunurdu. Amma bir şeyi də unutmayaq: Kamerunla oyunda penaltimiz verilmədi. Bugünkü penalti epizodunu onunla müqayisə etmək olar” .

 

Sportarenaa.az xəbər verir ki, bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ruslan Abışov deyib. Mərakeş yığması ilə 0:0 hesablı heç-heçə etdikləri A qrupunun 3-cü tur matçından sonra müdafiəçi oyunu şərh edib. Ruslan hakim köməyinə belə haqq qazandırıb:

 

“Artıq oyun qurtarıb. Həmişə bizim idmançıları səfər oyunlarında sıxıblar. Daim belə hallardan şikayətlənmişik. Qoy, indi də öz idmançılarımızı dəstəkləsinlər ki, biz də uğur qazanaq. Əslində, referi o qədər də kömək etmədi. Lakin bir-iki epizod vardı ki, lehimizə qərar verdi”.


Digər xəbərlər

Xəbər xətti