Fələstinli taekvandoçu huşunu itirdi

12:16 16 May 2017

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondoçuların mübarizəsində xoşagəlməz hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, 58 kq çəki dərəcəsində fələstinli Malik Abualrob Səudiyyə Ərəbistanından olan Hamad Almabrukla 1/4 final görüşü zamanı başından aldığı zərbədən yerə sərilib.

 

Huşunu itirən Abualroba ilkin tibbi yardım göstərildikdən sonra o, zalı xərəklə tərk edib. Almabruk isə qalib elan olunub. 


Digər xəbərlər

Xəbər xətti