Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Sportarena.az xəbər verir ki, yarışların 5-ci günündə ölkəmizin aktivinə ilk mükafatı Nigar Nəsirova gətirib. İdmançımız güllə atıcılığı yarışında fərqlənib. Nigar 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub. Bürünc medal üçün snayperimizə 211,5 xal kifayət edib.
İranlı Gölnuş Sebqatullahi 239,3 xalla 1-ci, misirli Afaf Elhodod 3-cü olub. Bu növdə mübarizə aparan digər təmsilçimiz Zərifə Qasımova 171 xalla 5-ci yeri tutub.