Renat Dadaşov Bundesliqada debüt edə bilər

15:14 16 May 2017

Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasında çıxış edən millimizin hücumçusu Renat Dadaşov əsas komandada çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, komandanın əsas hücumçusu Aleksander Meyer zədəlidi. 34 yaşlı forvard Bundesliqanın son turunda oynamayacaq. Frankfurt klubunun baş məşqçisi Niko Kovaç hücum xəttində Haris Seferoviçə deyil, gənc futbolçulara şans verməyi düşünür.

 

Xorvatiyalı çalışdırıcı yay toplanışında aşağı yaş komandalarından bir neçə futbolçunu əsas heyətə cəlb edəcək. Həmin futbolçular arasında Renat Dadaşovun da adı var.

 

Niko Kovaç Bundesliqanın son turunda “Leyptsiq”lə matçda forma şansı az qazanan futbolçulara güvənəcək. Həmin oyunda Renat Dadaşov və bir neçə gənc futbolçuya da şans verilə bilər. 


Digər xəbərlər

Xəbər xətti