Avropa çempionu olan karateçimizə hökm oxundu - 5 il

15:35 16 May 2017

Mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ikiqat Avropa çempionu Renad Əliyevin işi üzrə məhkəmə iclası yekunlaşıb.

 

Sportarena.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Renad Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Renad Əliyev karatenin şotokan və vado-ryu növləri üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidi.

 

Əliyev ötən il oktyabrın 18-də həbs olunub. Ona qarşı satış məqsədilə narkotik maddələri saxlamaq ittihamı irəli sürülüb


Digər xəbərlər

Xəbər xətti