FİDE şahmatçıların növbəti reytinq siyahısını açıqlayıb.
Sportarena.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5-ci sıraya yüksəlib. Xalını 2801,1-ə çatdıran Şəhriyar indiyədək bu göstəriciyə imza atan 13-cü şahmatçı olub.
O həm də bu həddi keçən ilk azərbaycanlıdır.