“Bakı-2017”də bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.
Sportarena.az xəbər verir ki, bu gün idmançılarımız daha 8 qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 41-ə çatıb. Komandamız bu gün 1 gümüş və 4 bürüncü də aktivinə yazdıraraq medal sayını 81-ə çatdırıb. Bu nəticə ilə millimiz ikinci pillədəki yerini qoruyub.
Birinci yeri 43 qızıl medalla Türkiyə, üçüncü pilləni 10 qızıl medalla İran tutur.