Türkiyə kubokunun 2016/17 mövsümünün ilk finalçısı bəlli olub.
Sportarena.az xəbər verir ki, “Konyaspor” ilk oyunda səfərdə 2:3 hesabıyla uduzduğu “Kasımpaşa”nı evdə 2:0 hesabıyla məğlub edərək, finala ilk vəsiqəni qazanıb.
İkinci yarımfinal oyununda “Fənərbaxça” “Başakşəhər”i qəbul edib. İlk oyunda 2:2 hesablı heç-heçə edən komandaların cavab oyununda da eyni hesab qeydə alınıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına müraciət edilib. Burda daha dəqiq oynayan (10:9) “Başakşəhər” həlledici oyuna vəsiqə qazanıb.
Türkiyə kuboku, yarımfinal, cavab oyunu
16 may
Konyaspor - Kasımpaşa 2:0 (ilk oyun 2:3)
17 may
Fənərbaxça - Başakşəhər 2:2 (ilk oyun 2:2) pen-9-10