Çempionşipdə çempion olaraq Premyer Liqaya yüksələn “Nyukasl” ilk transferini reallaşdırıb.
Sportarena.az xəbər verir ki, ötən mövsümü icarə əsasında "sağsağanlar" heyətində keçirmiş Kristian Atsunun transferi rəsmiləşib. Müqavilə ilə "Çelsi"yə məxsus olan 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. “Zadəganlar”a bu keçiddən 6,5 milyon funt-sterlinq qazanıb.
Qeyd edək ki, qanalı futbolçu geridə qalan mövsüm 32 oyunda 5 qol vurub.