“Qarabağ”dan ayrılaraq Türkiyənin “Adanaspor” klubuna keçən Reynaldo Silva "İnstagram" hesabında Azərbaycanla bağlı paylaşım edib.
Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu “İnstagram” hesabında “I Love Azerbaijan” (Səni sevirəm, Azərbaycan) yazısını və bayrağımızın şəklini paylaşıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu 2013-cü ildən 2017-ci ilə qədər Ağdam klubunda çıxış edib.