Lunyovdan 5-ci qızıl - Bu dəfə komandaların yarışında

14:30 17 May 2017

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma üzrə qarışıq komanda yarışında qalib gələn Azərbaycan idmançıları İslamiadanın çempionu olublar.

 

Sportarena.az xəbər verir ki, Ruslan Lunyovdan və Nigar Nəsirovadan ibarət komandamız finalda Oman yığmasına qalib gələrək qızıl medala layiq görülüblər. İranın birinci komandası isə üçüncü yerə çıxıb.

 

İkinci komandamız - Rəsul Məmmədov və Zərifə Qasımova isə yarışı 7-ci yerdə başa vurub.

 

Qeyd edək ki, Lunyov bundan öncə fərdi yarışlarda 4 qızıl medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti