Peşəkar Futbol Liqası futbol üzrə Azərbaycan 1-ci divizionunda aprel ayının ən gözəl qolunun müəllifi seçilmiş Rüfət Məmmədovu (Qaradağ Lökbatan) mükafatlandırıb.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Peşəkar Futbol Liqasına dəvət olunan oyunçuya xüsusi hədiyyə və əvvəlcədən nəzərdə tutulduğu kimi, 500 manat məbləğində pul mükafatı verilib.
Mükafatları PFL-in baş direktoru Məlik Həsənov təqdim edib.