“Yuventus”un müdafiəçisi Dani Alveş “Tottenhem”ə keçə bilər.
Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Tottenhem” müdafiəni Alveşin sayəsində gücləndirmək niyyətindədi. 34 yaşlı braziliyalı bir müddət əvvəl verdiyi açıqlamada bildirmişdi ki, Premyer-Liqada oynamaq istəyir.
Məlumata görə, keçidlə bağlı danışıqlar iyunun 3-də keçiriləcək Çempionlar Liqasının final oyunundan sonra aparılacaq.
Alveşin “Yuventus”la müqaviləsi 2018-ci ilin yayına qədər nəzərdə tutulub.