İtaliya kubokunun 2016/17 mövsümünün qalibi bəlli olub.
Sportarena.az xəbər verir ki, həlledici oyunda “Latsio” “Yuventus”la qarşılaşıb. Roma Olimpiko stadionunda keçirilən matçda 2:0 hesabıyla qalib gələn “qoca sinyora” mövsümdə ilk titulunu qazanıb. Oyunda “Yuve”yə qələbə qazandıran qollara Turin təmsilçisinin müdafiəçiləri - Leonardo Bonuççi və Dani Alveş imza atıblar. Bu, “Yuve”nin 3-ü ardıcıl olmaqla, ümumilikdə 12-ci kubokudu.
Massimiliano Alleqrinin yetirmələri İtaliya A seriyasında və Çempionlar Liqasında çempionluq uğrunda mübarizəni davam etdirirlər.
İtaliya kuboku, final
17 may
Latsio - Yuventus 0:2
Qollar: Dani Alveş, 12. Leonardo Bonuççi, 25.