AFFA FİFA-dan Almeyda ilə bağlı nə xahiş edib? - Baş katib açıqladı

16:22 18 May 2017

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan milli komandasına cəlb olunan braziliyalı yarımmüdafiəçi Riçard Almeyda ilə bağlı fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, assosiasiya rəsmisi "Qarabağ"ın 28 yaşlı oyunçusunun milliləşdirilməsi ilə bağlı FİFA-ya etdikləri rəsmi müraciətə hələ cavab gəlmədiyini bildirib:

 

"Bu qurumun cavabını gözləyirik. Biz xahiş eləmişik ki, FİFA bu məsələyə bir az tez baxsın. Çünki rəsmi oyunlar yaxınlaşır. 4 həftəyədək baxılmalıdı. Bu da təxminən iyunun 5-nə düşür".

 

Qeyd edək ki, Almeyda millimizin iyunun 10-da Şimali İrlandiya yığması ilə Bakıda keçirəcəyi rəsmi oyuna hazırlaşan heyətdə yer alıb. 


Digər xəbərlər

Xəbər xətti