Türkiyə kubokunun yarımfinal mərhələsində “Fənərbaxça” üzərində qazanılan qələbədən sonra “Başakşəhər”in hücumçusu Emmanuel Adebayor açıqlama verib.
Sportarena.az xəbər verir ki, toqolu ulduzun maraqlı etiraf edib:
“Dürüst olmaq yaxşı şeydi. Mən bir neçə ay əvvəl “Başakşəhər” adlı klubun varlığı haqda məlumatlı deyildim. Afrika Millətlət Kubokunda olanda mənə təklif etdilər və Türkiyəyə gedərək yenidən Avropada oynaya biləcəyimi düşündüm. Mənə yaxşı təkliflər etdilər və gələcək planlardan söhbət etdik. Super Liqada çempionluq uğrunda yarışırıq. Təbii ki, uğurlarımızda mənim də payım var. Qol vururam, assist edirəm”.