19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şimkənd şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ikinci oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Qazaxıstan yığması ilə qarşılaşan komandamız 3:2 hesabı ilə qələbə qazanıb.
Komandamızın heyətində qolları Rövşanə Sərdarlı, Nino Qurqenidze və Vüsalə Seyfətdinova vurub.