Voleybol millimiz hamıdan güclü oldu - İslamiadada

23:36 18 May 2017

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, ardıcıl 4 qələbə ilə finala vəsiqə qazanan voleybolçularımız həlledici görüşdə Türkiyə ilə qarşılaşıblar. Komandamız qrupda olduğu kimi həlledici hissədə də rəqibinə şans verməyib. Yığmamız 3:1 hesabı ilə qalib gəlməklə, İslamiadanı birinci pillədə başa vurub.
 

Bürünc medallar uğrunda matçda isə Qırğızıstan Tacikistandan güclü olub.

 

İslam Həmrəyliyi Oyunları, Voleybol, qadınlar: Final
Azərbaycan – Türkiyə - 3:1 (25:12, 23:25, 25:20, 25:21)


Xəbər xətti