“Bakı-2017”də bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.
Sportarena.az xəbər verir ki, bu gün idmançılarımız daha 9 qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 59-a çatıb. Komandamız bu gün 4 gümüş və 4 bürüncü də aktivinə yazdıraraq medal sayını 116-ya çatdırıb. Bu nəticə ilə millimiz ikinci pillədəki yerini qoruyub.
Birinci yeri 60 qızıl medalla Türkiyə, üçüncü pilləni 16 qızıl medalla İran tutur.