“Bavariya” Ginnesin rekordlar kitabına düşdü - Qələbə seriyasına görə

10:35 19 May 2017

Almaniya nəhəngi “Bavariya” Ginnesin rekordlar kitabına düşüb.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasında ardıcıl 16 ev oyununu qələbəylə başa vuran Münhen təmsilçisi rekord qırıb. Bu barədə məlumatı klubun saytı yayıb. “Bavariya”nın adından mükafatı mövsümün sonunda karyerasını bitirəcək komanda kapitanı Filip Lam və hücumçu Tomas Müller alıblar.

 

Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasında 2014-cü ilin sentyabrın 17-dən 2017-ci ilin fevralın 15-nə kimi keçirdiyi bütün ev oyunlarını qələbəylə başa vurub.


Digər xəbərlər

Xəbər xətti