Eldəniz Yusifov "Neftçi"də çalışacaq? - AÇIQLAMA

14:37 19 May 2017

Bir müddət əvvəl Mehman Rəsulovun “Neftçi”nin mətbuat xidmətinin rəhbəri postundan uzaqlaşdığını xəbər vermişdik.

 

Sportarena.az xəbər verir ki, “ağ-qaralar”da bu posta kimin gələcəyi haqda mətbuatda xəbər yayılıb. Deyilənə görə, artıq Premyer Liqanı tərk etdiyi dəqiqləşən AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov bundan sonra “Neftçi”də çalışacaq.

 

Amma Yusifov özü sosial şəbəkədə “Neftçi”nin mətbuat xidmətinin rəhbəri postuna keçidinin tam dəqiqləşmədiyini yazıb:

 

“Bu məlumat hələ heç bir həqiqəti əks etdirmir. Mən bütün iş yoldaşlarım kimi AZAL PFK-nın (yeni adı ilə "Şüvəlan") rəhbərliyinin qərarını gözləyirəm. Heç bir yerə də getməmişəm. Gözləyirik...”.


Digər xəbərlər

Xəbər xətti