Millimizin və “Ayntraxt”ın üzvü Renat Dadaşov bu gün klubu ilə yeni müqavilə imzalayıb.
Sportarena.az xəbər verir ki, bu barədə Frankfurt təmsilçisinin rəsmi saytı məlumat yayıb. 18 yaşlı oyunçunun “Ayntraxt”la müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub. Bu ilin yanvar ayında “Leypsiq”dən transfer edilən və klubun U-19 komandasında çıxış edən Dadaşov bundan sonra əsas komandaya cəlb ediləcək.
R.Dadaşov yeni müqavilə ilə bağlı klubun saytına fikirlərini bildirib:
“Ayntraxt”da peşəkar karyeraya başladığım üçün çox sevinirəm. Buna görə klub rəhbərliyinə, ailəmə, dostlarıma və yaxınlarıma təşəkkür edirəm. Çünki onlar mənə hər zaman dəstək verirlər”.