“Qalatasaray” rəhbərliyi komandanın hollandiyalı futbolçusu Uesli Sneyderin klubdakı gələcək taleyilə bağlı qərar verib.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın rəhbərliyi mövsümün sonunda 32 yaşlı futbolçuyla yollarını ayıracaq. Buna əsas səbəb kimi hollandiyalı yarımmüdafiəçinin yüksək maaş alması göstərilib. Belə ki, ilinə təxminən 5 milyon avro maaş alan Sneyder, “Qalatasaray”ın ən çox qazanan futbolçularındandı.
2013-cü ildən “cim-bom”un şərəfini qoruyan yarımmüdafiəçinin İstanbul klubuyla müqavilə müddəti gələn ilin yayında bitəcək.