Gələn mövsümdən Almaniya Bundesliqasında qadın hakim də oyun idarə edəcək.
Sportarena.az xəbər verir ki, Bibiana Ştaynxaus oyunlara baş hakim kimi təyin olunacaq. O, buna qədər laynsman və dördüncü hakim kimi Bundesliqa oyunlarına təyinat alıb.
38 yaşlı Bibiana hakimliklə yanaşı polis vəzifəsində də çalışır.
Qeyd edək ki, buna qədər Bundesliqada qadın hakim oyun idarə etməyib.