İslamiada: Bir növdə iki medal

11:27 20 May 2017

Azərbaycan millisi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının 9-cu gününü iki medalla başlayıb.

 

Sportarena.az xəbər verir ki, yığmamızın üzvləri paraatletikada fərqlənib. İdmançılarımız uzunluğa tullanmada üç mükafatdan ikisi təmsilçilərimizin payına düşüb. Elçin Muradov 5,76 m nəticə ilə qızıl medal qazanıb. Ondan 54 sm geri qalan Zeyniddin Bilalov isə bürünclə kifayətlənib. Gümüş medala isə indoneziyalı Abdul Dalimente sahib çıxıb - 5,28 m.

 

Qeyd edək ki, Muradovun qızılı yığmamızın İslamiadada 64-cü uğuru olub.


Digər xəbərlər

Xəbər xətti