“Arsenal” baş məşqçisi Arsen Vengerlə müqavilənin müddətini uzadacaq.
Sportarena.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Yeni müqavilənin şərtlərinə əsasən, fransalı mütəxəssis daha 2 mövsüm London komandasını çalışdıracaq.
Bundan sonra klubda struktur dəyişikliyinin aparılacağı da gözlənilir. Komandanın uzunmüddətli planlarını hazırlamaq üçün “Arsenal”a bir mütəxəssisin dəvət ediləcəyi bildirilir.