Millimizin üzvü Almaniyada çempion oldu

18:27 20 May 2017

Almaniya üçüncü Bundesliqasında mövsümə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" sonuncu turda doğma meydanda "Zvikkau" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 5 - 1 hesablı qələbə ilə ayrılıb.

 

Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

 

Bu qələbə sayəsində "Duysburq" 38 turdan sonra 68 xalla 20 klub arasında 1-ci olub. Üçüncü Bundesliqa çempionu kimi futbolçumuzun komandası növbəti mövsümdən ikinci Bundesliqada oynamaq hüququ qazanıb.


Digər xəbərlər

Xəbər xətti