“Bakı-2017”də bu gün üçün nəzərdə tutulan yarışlar yekunlaşıb.
Sportarena.az xəbər verir ki, bu gün idmançılarımız daha 3 qızıl medal qazanıb. Bununla da millimizin qızıllarının ümumi sayı 66-ya çatıb. Komandamız bu gün 4 gümüş və 3 bürüncü də aktivinə yazdıraraq medal sayını 134-ə çatdırıb. Bu nəticə ilə millimiz qızıl əyarına görə ilk pillədəki yerini qoruyub.
İkinci yeri 65 qızıl medalla Türkiyə, üçüncü pilləni 24 qızıl medalla İran tutur.