Almaniyanın "Bavariya" klubunun oyunçuları - Tom Ştarke, Filipp Lam və Xabi Alonso futbolçu karyeralarını başa vurublar.
Sportarena.az xəbər verir ki, ötən gün onlar son oyunlarına çıxıblar. Bundesliqanın 34-cü turunda "Frayburq"a qarşı matç (4:1) hər üç oyunçunun karyerası ərzində sonuncu görüşləri olub.