Sabiq "Qarabağ"lı Türkiyədə bombardirlər sırasında

18:56 21 May 2017

Türkiyə I liqasında 2016/17 mövsümünə yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Raydel Puponun çıxış etdiyi "Boluspor" klubu son turda "Manisaspor"a 4:0 hesabı ilə qalib gəlib. Qolların hamısını Pupon vurub. Bununla da hollandiyalı hücumçu I liqada 20 qol vurmaqla mövsümü bombardirlər sırasında başa vurub.

 

Pupon yalnız “Adana Dəmirspor”un hücumçusu Mikael Pote (24 qol) və "Göztəpə"nin forvardı Adis Yahoviçdən (21 qol) geri qalıb.

 

Qeyd edək ki, 2015/16 mövsümünün ilk yarısını “Qarabağ”da keçirən 29 yaşlı forvard 15 oyuna 1 qol vurub.


Digər xəbərlər

Xəbər xətti