"Qorxu hissi var idi" - Yaşar Vahabzadə - MÜSAHİBƏ

10:20 22 May 2017

"Uşaqlar ilk hissədə 2 qol vurandan sorna bir az boşaldılar. Lakin onlar hiss edirdilər ki, oyunu udmaq lazımdır".

 

Sportarena.az xəbər verir ki, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının final matçında Omar yığması üzərində 2:1 hesablı qələbədən sonra söyləyib. 57 yaşlı mütəxəssis qarşılaşmadan sonra təşkil edilən mətbuat konfansında jurnalistlərin suallarını da cavablandırıb.


- Üstünlüyü əldən verəcəyinizdən qorxmurdunuz? 
- Qorxu hissi var idi. Futbolçularımız hesabı qorumaq üçün əzmkarlıq göstərdilər. 


- İslamiadadakı bu uğuru Azərbaycan futbolunun ən böyük nailiyyəti adlandırmaq olar? 
- Bu gün adlandırmaq olar. Lakin gələcəkdə daha da yaxşı nəticələr ola bilər. 


- Hər bir əsgər general olmaq istəyir. Siz necə, əsas milli komandaya rəhbərlik etmək istərdiniz? 
- Məndə elə bir iddia olmayıb. Hansı sahəni həvalə edirlərsə, özümü doğrultmağa çalışıram. 


- İslamiadanın səviyyəsi sizi qane edir? 
- Əlbəttə. 


- Hansı oyunçunu turnirin ən yaxşısı adlandırardınız? 
- Futbol kollektiv oyundur. Hər bir oyunçu bacardığı qədər komandaya kömək göstərməyə çalışdı. 


- Hansı oyun daha çox çətin keçdi? 
- Final oyununu deyərdim. Çünki təzyiq çox idi. (Report)


Digər xəbərlər

Xəbər xətti