Almaniya 2-ci Bundesliqasında 2016/17 mövsümünə yekun vurulub.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” mövsümün son oyununda Düsseldorf “Fortuna”sının qonağı olub. Matç 1:0 hesabıyla meydan sahiblərinin qələbəsilə nəticələnib. Nazarov meydana start heyətində çıxıb, 73-cü dəqiqədə əvəzlənib. Millimizin üzvü 22-ci dəqiqədə sarı vərəqəylə cəzalandırılıb.
Məğlubiyyətə rəğmən, “Aue” 2-ci Bundesliqada yerini qoruyub saxlayıb. Nazarovun komandası mövsümü 39 xalla 18 komanda arasında 14-cü pillədə başa vurub.
Bundesliqaya "Ştutqart" və "Hannover" vəsiqə qazanıb. Braunşvayq "Ayntraxt"ı isə Bundesliqaya vəsiqə üçün "Volfsburq"la pley-off oyununda qüvvəsini sınayacaq.