Premyer Liqanın son turunda "Kristal Palas"ı 2:0 hesabı ilə yenən Joze Mourinyo yenə diqqət mərkəzinə düşüb.
Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssisin matçdan sonra mətbuat konfransı 10 saniyə davam edib. Mətbuat konfrası üçün otağa daxil olan Mourinyo salonun yarısının boş olduğunu görüb. Köməkçisi isə "Sualı olan varmı" soruşub. Heç kim sual vermədiyindən baş məşqçi otağı tərk edib.
Mourinyonun otağa gəlişi 4 saniyə, sual üçün gözləməsi 6 saniyə davam edib. Beləliklə, mətbuat konfransı 10 saniyədə bitib.