Türkiyənin "Beşiktaş" klubunun prezidenti Fikrət Orman gələcək planlarında Azərbaycana da yer olduğunu bildirib.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti Asiya ölkələrinə səfər edərək, azarkeş və sponsor qazanmaq istədiklərini deyib:
"Əvvələr "Qalatasaray" və "Fənərbaxça"dan çox geri qalırdıq. İndi isə rəqiblərimizdən 30 faiz çox gəlir əldə edirik. Sponsorlar tapmalı və azarkeş toplamalıyıq. Çində, İndoneziyada, Malayziyada, Azərbaycanda daha çox zaman sərf edəcəyik”.
"Qartallar" yeni mövsümə hazırlığın ilk mərhələsini Çində keçirəcək. "Beşiktaş"ın Çindən sonra Azərbaycana gələcəyi gözlənilir.
İstanbul təmsilçisinin qışda da ölkəmizə gələcəyi, "Qarabağ"la yoldaşlıq oyunu keçirəcəyi və Bakıda “Beşiktaş”a məxsus fan-şopun açılacağı barədə xəbərlər yayılsa da, bu, baş tutmamışdı.