"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib. O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək:
"Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".
Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib:
"Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil".
Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon manat nəzərdə tutulub:
"Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək"