Azərbaycan Yay Olimpiya Oyunlarına namizədliyini verəcək? - AÇIQLAMA

17:36 23 May 2017

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Bakı 2028-ci il Yay Olimpiya Oyunlarına namizədliyini verə bilər.

 

Sportarena.az xəbər verir ki, Rəhimov jurnalistlərə açıqlamasında bildirib ki, bunun üçün Azərbaycan Beynəlxalq Olimpiya Komitısinin bəzi tələblərini yerinə yetirməlidi:

 

"Bakı şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini verməyib. Amma 2028-ci il üçün verilə bilər. Təbii ki, bu, Milli Olimpiya Komitəsi prezidentinin qərarından asılıdı.

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə deyib ki, bundan sonra bir olimpiadanı bir neçə ölkə keçirəcək:

 

"Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, daha Olimpiya Oyunlarını bir yox, bir neçə şəhər keçirəcək. Ola bilsin ki, gələcəkdə Türkiyə və Azərbaycan olimpiadaya birgə ev sahibliyi etsin. Bəzi növlərə biz, bəzilərinə isə Türkiyə ev sahibliyi edə bilər".


Digər xəbərlər

Xəbər xətti