Mayın 22-də Ariana Qrandenin "Mançester Arena"dakı konsertində baş tutan terror aktı nəticəsində 22 insan həlak olub, 95 nəfər yaralanıb.
Sportarena.az xəbər verir ki, həmin tədbirdə Xosep Qvardiolanın da ailə üzvləri iştirak edib. Katalon mütəxəsisin həyat yoldaşı Kristina Serra, qızları Marina və Valentina partlayış nəticəsində xəsarət almayıb.
Qvardiola tvitter səhifəsindən həlak olanların yaxınlarına başsağlığı verib.