Növbəti mövsümdə yenidən iddialılar sırasına qayıtmaq istəyən “İnter” transfer çalışmalarını davam etdirir.
Sportarena.az xəbər verir ki, müdafiə xəttini tamamilə yeniləməyi planlaşdıran “neradzurra”nın rəhbərliyi “Real”ın müdafiəçilərinə göz dikib. Belə ki, İspaniya mətbuatında yer alan məlumata görə, Milan təmsilçisi “kral klubu”nun müdafiəçiləri Danilo və Pepeni transfer etmək istəyir.
Danilo son mövsümdə La Liqada Madrid təmsilçisində 17 oyunda şans qazanıb. “Real”a 2015-ci ildə, 31,5 milyon avro qarşılığında transfer olunan braziliyalı futbolçunun az oynamasından narazı olduğu deyilir. Onun “Real”la müqavilə müddəti 2021-ci ildə bitsə də, daha çox şans qazanacağı kluba transfer olunacağı istisna deyil. Pepenin isə “Real”la müqavilə müddəti mövsümün sonunda bitəcək.