Qol ləğv edildi - Videotəkrardan sonra

11:50 24 May 2017

Fransada futbol matçı zamanı videotəkrara baxışdan sonra qol ləğv olunub.

 

Sportarena.az xəbər verir ki, bu, aşağı liqa təmsilçiləri “Paris”lə “Orlean” arasında keçirilən görüşdə baş verib. Qarşılaşmanın 32-ci dəqiqəsində qonaqlar oyundankənar vəziyyətdən hesabı açsalar da, yan xətt hakimi qayda pozuntusunu qeydə almayıb. Lakin referi videogörüntülərə baxan köməkçisinin məlumatından sonra qolu ləğv edib.

 

Buna rəğmən, “Orlean” səfər matçında 1:0 hesabı ilə qalib gəlməyə müvəffəq olub.

 

Qeyd edək ki, “Paris” Fransanın səviyyəcə 3-cü sayılan Milli Liqasında 3-cü yeri tutub və Liqa 2-də 18-ci olan “Orlean”la "pley-off"da qarşılaşmaq hüququ qazanıb.


Digər xəbərlər

Xəbər xətti