Avropa Liqasının finalı çərçivəsində bu gün baş tutacaq. "Ayaks" - "Mançester Yunayted" matçı 1 dəqiqəlik sükutla başlayacaq.
Sportarena.az xəbər verir ki, UEFA İngiltərə klubunun mayın 22-də Mançesterdə baş verən terror aktına görə 1 dəqiqəlik sükutla bağlı müraciətini müsbət cavablandırıb. Bundan əlavə "qırmızı şeytanlar" meydana qara sarğı ilə çıxacaq.
Qeyd edək ki, sözügedən terror aktı zamanı 22 nəfər həlak olub, 95 nəfər yaralanıb.