Media Komitəsi bəyanat yaydı - Millinin üzvləri ilə jurnalist arasındakı qalmaqala görə

14:34 24 May 2017

Mayın 8-də 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində “Bayıl” stadionunda keçirilən Azərbaycan - Kamerun oyunundan əvvəl newsport.az saytının rəhbəri Mərdan Həsənov ilə U-23 millimizin oyunçuları Elnur Cəfərov, Azad Kərimov və baş məşqçi Yaşar Vahabzadə arasında insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, bu haqda AFFA yanında Media Komitəsinin bugün yaydığı bəyanatda bildirilib. Media Komitəsi bu insidenti pisləyib, xüsusən də məsul oyuna hazırlaşan yığma üzvlərinin həmkarımıza münasibətdə yersiz aqressivlik sərgiləməsinin yolverilməz olduğunu bildirib:

 

“MK jurnalist – futbolçu münasibətlərində sivil davranış qaydalarının, peşəkarlıq prinsiplərinin qorunmasını istəyir. MK AFFA rəhbərliyindən olayın hərtərəfli araşdırılmasını və bununla bağlı quruma məlumat verilməsini xahiş edir”.


Digər xəbərlər

Xəbər xətti