Türkiyənin qadın voleybolçulardan ibarət “Fənərbaxça” klubu yeni transferini reallaşdırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycan millisinin üzvü Polina Rəhimovanı heyətinə qatıb.
Yığmamızın oyunçusu ilə 1 illik müqavilə imzalanıb.