"Qolat Cup" turnirində qrup mərhələsinin sonuncu - üçüncü turunun oyunların yekun vurulub.
Sportarena.az xəbər verir ki, qeydə alınan nəticələrdən sonra A qrupundan "Balkan" və "Abşeron", B qrupundan “Roma” və “Hydrasun” komandaları pley-offa vəsiqə qazanıb. C qrupunda ilk iki sıranı müvafiq olaraq “Soccer Team Jerseys” və “Kolonya” komandaları tutublar. D qrupunun iştirak çıları “Come Back” və “Armada” da adlarını pley-offçular siyahısına yazıblar.
E qrupundan növbəti mərhələyə "Romalılar” və “FutbolPlanet”, F qrupundan isə “Gobustone” və “Piramida” komandaları vəsiqə qazanıb. Sonuncu - G qrupunda isə “Ajax Baku” və "Pullman” ilk iki yeri tutaraq növbəti mərhələyə yüksəliblər.
Qeyd edək ki, "Qolat Cup" turnirin informasiya dəstəyi Sportarena.az saytıdır.