“Mançester Siti”nin yarımmüdafiəçisi Yaya Ture və onun meneceri Dmitri Selyuk Mançesterdəki terror aktının qurbanlarının ailəsinə maddi dəstək verəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı yerli mətbuata açıqlamasında Selyuk verib. O, Tureylə birlikdə ümumilikdə 100 min funt-sterlinq dəyərində yardım edəcəklərini bildirib.
Qeyd edək ki, Ariana Qrandenin “Mançester Arena”da baş tutan konserti zamanı baş vermiş partlayışda 22nəfər həyatını itirib.