Bu ilin qışında “Lester”dən qovulan Klaudio Ranyeri yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
Sportarena.az xəbər verir ki, italyan mütəxəssis növbəti mövsümdən “Kristal Pelas”ın “sükanı arxasına” keçəcək. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. 2016/17 mövsümünü 14-cü pillədə başa vuran “qartallar”ın baş məşqçisi Sem Ellerdays məşqçi karyerasını bitirdiyindən, komanda başsız qalıb. Komandanı çalışdırmağa ən real namizəd kimi isə məhz Ranyeri göstərilir.
Ötən il “Lester”ə tarixində ilk çempionluğunu qazandıran italyan məşqçi bu ilin qışında ardıcıl uğursuz nəticələrdən sonra istefaya göndərilmişdi.