AFFA U-23-ə 20 min mükafat verəcək? - AÇIQLAMA

12:54 25 May 2017

Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarında qızıl medal qazanan Azərbaycan futbol millisinə AFFA da mükafat verəcək.

 

Sportarena.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, federasiya rəhbərliyi yığmanın hər bir üzvünə 20 min manat təqdim edəcək. Komanda ilə son görüşdə AFFA rəhbərliyi bu barədə futbolçulara məlumat verib. AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu informasiyanı təkzib etməyib:

 

“Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək”.


Digər xəbərlər

Xəbər xətti