Bu gün AFFA-nın inzibati binasında U-15 liqa, U-16 liqa, U-17 liqa və U-19 liqada yüksək yerləri tutan komandaların, liqaların ən yaxşı oyunçularının və ən sərrast futbolçuların mükafatlandırma mərasimi keçirilib.
Sportarena.az AFFA-nın saytına isitnadən xəbər verir ki, mükafatları AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katibin müavini Sərxan Hacıyev təqdim edib.