“Roma”nın kapitanı Françesko Totti futbolçu karyerasını rəsmən başa vurduğunu açıqlayıb.
Qol.az-ın xəbərinə görə, o, bu barədə "Twitter" hesabında məlumat paylaşıb. Futbolçu mayın 28-də İtaliya A seriyasının sonuncu turunda "Cenoa" ilə matçdan sonra futbolla vidalaşacaq.
Qeyd edək ki, 1992-ci ildən “Roma”da çıxış edən əfsanəvi hücumçu meydana çıxdığı 763 oyunda 306 qol vurub.