"Azərbaycanla matçda qalib gəlsək..." - Şimali İrlandiyanın futbolçusu - AÇIQLAMA

18:19 25 May 2017

Şimali İrlandiya millisinin hücumçusu Keyl Lafferti komandasının iyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan danışıb.

 

Sportarena.az xəbər verir ki, o, bu matçda qələbə qazanmalı olduqlarını bildirib. Lafferti qeyd edib ki, Azərbaycana qalib gəlməkləri digər rəqiblər üçün mesaj olacaq:

 

"Biz indi təzyiq altında oynayırıq. Çünki DÇ-nin final mərhələsinə getmək üçün hər oyunda qələbə qazanmalıyıq. Lazım gələrsə, çirkin futbolla qalib gəlməliyik. Həmçinin tamaşaçıları sevindirməliyik. Biz hazırda bu matçın favoriti sayıla bilərik. San Marino, Azərbaycan və Norveç kimi komandalara qalib gəlib xarakter göstərməliyik. Azərbaycanla səfər oyunu bizim üçün böyük qarşılaşma olacaq. Qrup mərhələsinə yaxşı başlamışıq və davamını gətirməliyik. Əgər Azərbaycanla matçda qalib gəlsək, bu digər rəqiblərimizə mesaj olacaq. Bunu etmək istəyirik. Növbəti matçdan sonra bizi çox vacib oyunlar gözləyir. San Marino və Çexiya oyunları var".

 

Qeyd edək ki, C qrupunda geridə qalan 5 turdan sonra aktivində 10 xal olan Şimali İrlandiya yığması ikinci, 7 xala malik millimiz isə dördüncü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti