Avropa Liqasının finalında “Mançester Yunayted”lə “Ayaks” arasında keçirilən (2:0) oyunda tribunda qeyr-adi banner asılıb.
Sportarena.az xəbər verir ki, Adı açıqlanmayan “Mançester Yunayted” azarkeşi Zlatan İbrahimoviçin komandada qalması üçün qeyri-adi təklif irəli sürüb:
“Zlatan, qal və həyat yoldaşımla sekslə məşğul ol”.
Qeyd edək ki, İbrahimoviç “Mançester Yunayted”ə 2016-cı ilin yayında keçib. Hücumçu Avropa Liqasının 1/4 final oyununda zədələnərək, uzun müddətə sıradan çıxıb.